Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial xidmətlər elektron platformaya uğurla transformasiya olunur

“2019-cu ildə sosial sahədə əldə edilmiş uğurlar bu sahədə yeni cağırışların əsasını qoydu. Bu prossesin daha geniş, innovativ formada və əhalinin məmunlugunu təmin edə biləcək bir bir platformada həllinin zəruriliyini bir daha nümayiş etdirdi. Əslində, 2019-cu il olkəmizin inkişaf tarixinin yaddaşında ugurlu islahatların başlandıgı tarix kimi qaldı, əlavə gəlirlərin məhz sosial sahəyə yönəldilməsi yeni bir istiqamət oldu”.

Bu fikirləri Bizimyol. info-ya Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.

Ilham Məmmədov Ilham Məmmədov

“4 milyon 200 min vətəndaşımızın rifahına bir başa dəstəyi təmin edən 2 islahat paketi şübhəsiz ki, bu xidmətlərin vaxtinda və ünvanlı catdırılması prosesinin özünün də innovativləşməsini tələb edirdi.Bunun üçün ölkə prezidenti, cənab İlham Əliyevin fərman və sərəncamları ilə ugurlu layihələrin başlanılmasına start verildi. Belə ki, prezident İlham Əliyevin fərmanı ilə ötən il yaradılan DOST (Dayanıqlı və operativ sosial təminat) agentliyinin 1 və 2 saylı Bakı DOSTmərkəzlərinin yaradılması sosial sahədə ən ugurlu innovativ yenilik olub, ölkəmizdə dövlət və sosial xidmətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin etdi. Ölkə prezidenti cənab İlham Əliyevin siyasətinin zirvəsində məhz sosial siyasət durur . Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkənin də ugurlu inkişafinın əsas göstəricilərindən biridir. Ölkə rəhbəri də dəfələrlə bəyan edib ki siyasətimizdə və olkəmizin inkişafının əsasında yalnız Azərbaycan vətəndaşı dayanır. Aparılan ugurlu siyasət Azərbaycanın bütün sahələrdə inkişafının təmin olunmasına xidmət edir və bundan sonra da edəcək. Bunun üçün müasir inkişaf modellərinin tətbiqi, xüsusən də 4-cü sənaye inqilabının diktə etdiyi elektron kommunikasiya informasiya texnologiyarini tətbiq edərək inkişaf etməyin özu də cəsarət və maddiyat tələb edir.Lakin ölkə prezidentinin düşünülmüş siyasəti nəticəsində bu günki dünyanın inkişaf reallıqları ilə ayaqlaşa bilmək üçün,müasir elektron informasiya texnologiyalarının da infrastrukturu yaradılıb. Azərbaycan kosmik fəzada öz peyki olan və bu günün reallıgında elektron kommunikasiya xidmətlərinin həyata keçirilməsi üçün kimdənsə asılı olmayan az saylı dövlətlərdən biridir. Elektron hökumətin qurulması və ugurlu inkişafına görə, ölkəmiz dünyada ön siralarda yer alır.Bu nailiyyətlərin ugurlarından biri də sosial xidmətlərin bu platformaya ugurlu transformasiyasıdır.

Möhtərəm prezidentimiz, cənab İlham Əliyevin tapşırıgına əsasən 2018-ci il tarixli fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “E-SOSİAL” portalı geniş funksional imkanlara malik olmaqla pandemiya dövründə sosial dəstək tədbirlərinin təşkilində olduqca böyük və əhəmiyyətli rol oynadı. Milyonlarla məlumat ugurla və operativ emal olundu təyinatlar vaxtında və ugurla həyata keçirildi. Artıq ölkəmizdə avtomatlaşdırılmış pensiya təyinatı sisteninin qurulması vətəndaşların sosial təminat hüquqlarının onların əyani müraciəti olmadan elektron qaydada reallaşdırılması,sosial təminat sahəsində proaktiv xidmətlərin təşkili istiqamətində ilk addım olmuşdur. Sözsüz ki, əsas hədəf bu kimi xidmətlərin əhatə dairəsini, sosial təminat sisteminin bütün həlqələri üzrə genişləndirməkdir. Artıq 2020-ci ilin yanvar ayınin ilk günündən tətbiq olunan bu proaktiv sistem bir başlangıc olaraq eyni zamanda qeyd etdiyimiz kimi, digər xidmətlərində yəni müavinət və təqaüdlərin də elektron qaydada təyinatı ,sosial sıgorta üzrə də bu yeni proaktiv xidmətlərin ugurlu istifadəsini şərtləndirmişdir.

Ümumilikdə isə 26 istiqamət üzrə yeni proaktiv xidmət fəaliyyət göstərir ki, bu nazirliyin mövcud olan 53 e-xidmətinin yaxin vaxtlarda 100-ə catdirılaraq sosial xidmətlərin tam elektronlaşdırilması vəzifəsini qarşıya qoyur. Bu həm də ölkəmizin və prezidentimizin rəhbərliyi və müəyyən etdiyi innovativ inkişafımızın göstəricisidir”,- deyə deputat qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »