Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp koronavirus peyvəndinin hazırlanmasını sürətləndirməyi tələb etdi

ABŞ prezidenti Donald Tramp Səhiyyə Nazirliyindən koronavirus peyvəndini hazırlamasını tələb edib.

"Report"un məlumatına görə, bu barədə Ağ Evdəki mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.

Mənbələr bildirib ki, Tramp müşavirələrdə vaksinə böyük diqqət ayırır. O, peyvəndi ilin sonuna kimi hazırlamağı tələb edir.

Güman edilir ki, dövlət başçısı öz reytinqini yüksəltmək üçün noyabrın 3-də planlaşdırılmış prezident seçkilərinə qədər vaksini təqdim etmək istəyir.

ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir. Ölkədə təhlükəli infeksiyaya 6,4 milyon insan yoluxub, 3,7 milyon nəfər sağalıb, demək olar, 193 min pasiyent ölüb.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »