Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minskdə aksiyalar yenidən başlayıb, bir neçə metro stansiya bağlanıb - Fotolar

Belarusun paytaxtı Minskdə müxalifətçilərin növbəti etiraz aksiyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, günorta saatlarından etibarən artıq bir neçə metro stansiyası bağlanıb, qatarlar dayanmadan keçirlər. Belə ki, “Ploşad Lenina”, “Oktyabrskaya”, “Kupalovskaya”, “Ploşad Pobedı”, “Ploşad Yakuba Kolasa” stansiyaları sərnişin qəbulunu dayandırıb.

Digər məlumata görə, bir neçə min etirazçı Qaliblər prospekti boyunca hərəkət edərək Prezident Aleksandr Lukaşenkonun iqamətgahının yerləşdiyi İstiqlal sarayına doğru irəliləyirlər. Polis onlara aksiyanın qanunsuz olması haqda xəbərdarlıq edərək İstiqlal sarayından uzaqlaşmalarını xahiş edib. Hələlik aksiyaçılardan saxlanılan yoxdur.

Bununla belə, prezidentin iqamətgahının qarşısında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən baryerlər qurulub.

Minskdə aksiyalar yenidən başlayıb, bir neçə metro stansiya bağlanıb - Fotolar

Artıq Minskdə internetlə bağlı da problem yaranmağa başlayıb. Bəzi yerlərdə internet ümumiyyətlə yoxdur, bəzi yerlərdə isə zəif sürətlə işləyir.

Xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.

Paylaş »
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
››› Ərdoğanı “diktator” adlandıran avropalı baş nazirə sərt cavab verildi
››› Ən uzun və ən qısa oruc hansı şəhərlərdə tutulacaq
Son xəbərlər
Bütün xəbərlər »