Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda iki minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »