Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi koronavirus testindən keçib

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi komanda ilə məşqdən öncə koronavirus infeksiyasıyla əlaqədar testdən keçib.

APA-nın verdiyi məlumata görə, xüsusi həkim briqadası argentinalının evinə gəlib.

Əgər koronavirus testi mənfi nəticə verərsə, futbolçu bazar ertəsindən məşqlərə çıxa bilər.

Qeyd edək ki, bundan əvvəl L. Messi “Barselona” klubunu tərk etmək istədiyini bildirib. Ötən gün isə futbolçu “Barselona” ilə məhkəmə çəkişməsi yaşamaq istəmədiyi və ailəsi Kataloniyada qalmaq istədiyi üçün karyerasını klubda davam etdirməyə qərar verdiyini açıqlayıb.

L. Messi “Barselona” klubunun yetirməsidir. Futbolçu komandada ilk dəfə 2004-cü ildə debüt edib. Argentinalı peşəkar karyerasında 700-dən çox qol vurub, “France Football” jurnalı tərəfindən 6 dəfə “Qızıl top”a layiq görülməklə rekord müəyyənləşdirib.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »