Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
DİN Ağsu rayon sakininin polis əməkdaşları haqqında iddialarına münasibət bildirib

"Sosial şəbəkələrdəki bəzi səhifələrdə paylaşılan videogörüntülərdə Ağsu rayonunun Cəlayır kənd sakini Muğbil Qənbərovun Rayon Polis Şöbəsinin əməkdaşları haqqında iddiaları uydurmadır və qərəzdən irəli gəlir. Onun atası Malik Qənbərov DİN-in “102” xidməti-zəng mərkəzinə və Ağsu Rayin Polis Şöbəsinənə ərizə ilə müraciət edərək həmkəndlisi Saləməddin Əhmədov tərəfindən döyülməsini bildirib".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə araşdırma zamanı hadisənin şahidləri izahat verərək Malik Qənbərovun Saləməddin Əhmədovla mübahisə etdiyini, lakin sonuncunun M.Qənbərova hər hansı xəsarət yetirmədiyini bildiriblər. Toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə Ağsu RPŞ-nin baş təhqiqatçısı Vüsal Hüseynov tərəfindən qərar qəbul edilib.

Daha sonra avqustun 6-da Muğbil Qənbərov qisas almaq üçün özünün yük avtomobili ilə Saləməddin Əhmədovun evinin darvazasına vurub. Bu iki şəxs arasında mübahisə olduğundan və həmin mübahisə davam etdiyindən onlar münaqişəli qonşular kimi profilaktiki qeydiyyata alınıblar.

Muğbil Qənbərov öz çıxışında Cəlayır kənd sakini Gözəl Əhmədovanın sahəsinin zəbt edilməsi və ona təzyiqlərin olmasını da bildirib.

Müəyyən edilib ki, may ayında G.Əhmədova yaşadığı evin həyətindəki hasarı sökərək həyətyanı sahəsini qanunsuz olaraq genişləndirmiş və bələdiyyənin nəzarətində olan torpağı zəbt edib. Avqust ayında həmin ərazinin bələdiyyəyə məxsus olması və onun bu torpağı zəbt etməsi barədə G.Əhmədovaya rəsmi bildiriş göndərilərək zəbt etdiyi torpaq sahəsini boşaltmayacağı təqdirdə barəsində qanunamüvafiq tədbir görüləcəyi bildirilib. Bundan sonra G.Əhmədova Daxili İşlər Nazirliyinə müraciət edərək kəndin Bələdiyyə sədri Ülvi Əhmədov barəsində şikayət və tələbinin olmadığını bildirib.

Muğbil Qənbərovun çıxışında Ağsu RPŞ-in İstintaq Qrupunun müstəntiqi polis baş leytenantı Rəhim Əhmədovun Səbuhi Nəsirovu döyərək xəsarət yetirdiyi barədə dedikləri də qərəzdən irəli gəlir.

Belə ki, Səbuhi Nəsirov avqustun 9-da Ağsu rayon Polis Şöbəsinə dəvət olunmuş, lakin heç bir əsaslı səbəb olmadan ifadə verməkdən imtina etməklə, özünü pis hiss etdiyini deyərək RPŞ-nin ərazisini tərk edib. S.Nəsirov barəsində məcburi gətirilmə qərarı qəbul olunmuş və icrası Ağsu RPŞ-nin İTB-yə həvalə olunub.

Bundan başqa, həmin görüntülərdə adları çəkilən kənd sakinləri Mikayıl Zeynalov və Əjdər Abbasov xırda xuliqanlıq hərkətlətinə yol verdikləri üçün İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşlar. Onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməyib.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »