Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Mehdiyevin kürəkəni ağladı: baş verənlərə görə Aysel Teymurzadəni ittiham etdi

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri Ramiz Medhiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev karantin rejiminin pozulmasına görə ona verilən 15 sutkalıq həbs cəzasını başa vurub.

Bizimyol.info xəbər verir ki, İ.Əliyev inzibati qaydada həbs olunanların saxlandığı məntəqənin qarşısında jurnalistlərin suallarını cavablandırıb. O, baş verənlərə görə üzr istəyib. Həmçinin qızı Fidan Əliyevanın toyundan videoların yayılmasına görə Azərbaycanın “Eurovision”dakı təmsilçisi olmuş Aysel Teymurzadəni ittiham edib.

Aysel Teymurzadə Aysel Teymurzadə

İ.Əliyev iddia edir ki, Aysel videoları qərəzli və məqsədli şəkildə çəkib yayıb:

“Filarmoniyanın direktoru Murad Adıgözəlovun həyat yoldaşı, Azərbaycanı “Eurovision” yarışmasında təmsil etmiş Aysel qərəzli videoları çəkib, müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu haqda çox düşünmüşəm, bundan sonra da araşdırma aparacağam. Bu, sabotajdır. Akademik Ramiz Mehdiyevə qarşı sabotajdır. Onu cəmiyyət qarşısında nüfuzdan salmaq məqsədi güdür. Bu gün dostuna xəyanət edən, sabah dostuna, xalqına da xəyanət edərcək. Mən niyə buna qərəzli deyirəm? Çünki o axşam orada Abel Məhərrəmov badə qaldırıb söz deyəndə, möhtərəm cənab prezidentin fəaliyyəti haqqında yüksək fikirlər səsləndirib. Onun şərəfinə, onun sağlığına badələr qaldırıb. Ulu öndərimiz Heydər Əliyev haqqında orada fikirlər söyləyib. Ruhuna rəhmət oxunub. Abel Məhərrəmovun bir cümləsini təkrar eləyim: “Kiçikdən böyüyə bütün Azərbaycan xalqı bilir ki, Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevdir. Əgər o olmasaydı, Azərbaycan adlı dövlət bəlkə də Yer üzündə olmazdı”. Daha sonra Ramiz Mehdiyevin fəaliyyəti haqqında fikirlərini söyləmişdi. Sual olunur: niyə o fikirlərin heç biri yayılan videoda yoxdur, ancaq Ramiz müəllim haqqında dediyi fikirlər var? Çünki bu, qərəzli çəkiliş idi, əvvəlcədən hazırlanmışdı ki, bu formada çəksinlər, orada ulu öndər, möhtərəm prezident haqqında söylənən fikirlər verilməsin”.

İ.Əliyev qayınatası R.Mehdiyev haqqında səslənən fikirlərə də münasibət bildirib. Deyib ki, istər R.Mehdiyev, istərsə də ailəsi bu hakimiyyətə ölənə qədər səadqətli olacaq: “Ramiz müəllim haqqında qarayaxma kampaniyası aparan Fəzail Ağamalı və onun kimi 4-5 ünsürlərin əlinə girəvə düşdü, bəhanə oldu. Amma onlar unudublar ki, Ramiz Mehdiyev kimdir. Ramiz Mehdiyev hələ ulu öndər Heydər Əliyev Moskvada Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda Azərbaycanda onun görən gözü, eşidən qulağı olub. Müstəqillik dövründə Azərbaycana rəhbərlik edəndə Ramiz Mehdiyev ona sədaqətlə xidmət eləyib. Cənab prezident İlham Əliyev Baş nazir vəzifəsini daşıyanda, daha sonra xalqımız tərəfindən prezident seçilən gündən ona sədaqətlə xidmət edib. Ramiz Mehdiyevin sadiqliyi aksiomdur, isbata ehtiyacı yoxdur. Nəinki Ramiz Mehdiyev, eləcə də onun bütün ailə üzvləri bu hakimiyyətə sadiqdilər. Ölənə qədər də sadiq qalacaqlar”.

İ.Əliyev sonda üzr istəyib və ağlayıb: “Mən cürət edib buradan cənab prezidentin qarşısında, çox hörmətli Mehriban xanımın qarşısında, cəmiyyətimiz qarşısında üzr istəyirəm. Baladır, qız övladıdır. Hisslərimi cilovlaya bilmədim... Mümkündürsə, məni bağışlasınlar”.

Sabiq deputat bəzi saytların onun haqqında yalan məlumat yaydığını və onu cəzalandıracağını da vurğulayıb: “Bir sayt var, fotomu verib, altından ya yazıb ki, “kefim kökdür, kefimi pozmayın, başını buraxın”. Mən o sayta buradan xəbərdarlıq edirəm, əgər iki gün ərzində o sözləri deməyim barədə audio yazını ortaya qoymasa, mən onları tapıb cəzalandıracam. Deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq, nüfuzdan salmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır”.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »