Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada COVID-19 peyvəndinin satış qiyməti açıqlandı

Fransanın əczaçılıq korporasiyası "Sanofi" və Britaniyanın GSK şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti 10 avrodan az olacaq.

"France Inter" xəbər verir ki, bu barədə "Sanofi"inin rəhbəri Olivye Bojiyo bildirib.

Onun sözlərinə görə, hazırda korporasiyalar bütün istehsal xərclərini araşdırırlar.

Bojiyo əlavə edib, fransızlar vaksini amerikalılar və Avropanın başqa ölkələrinin sakinləri ilə eyni vaxtda alacaqlar. "Biz yayda amerikalılarla müqavilə imzaladıq, həmin vaxt bu, avropalılar, o cümlədən britaniyalılarla da imzalanıb", - o deyib.

Vaksinin 100 milyon dozası ABŞ-a, 300 milyonu isə Avropaya göndəriləcək. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalılara noyabrın 1-dək yerli vaksininin yaradılacağını söz verib.(report)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »