Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan UEFA Millətlər Liqasına məğlubiyyətlə başladı

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.

C liqasının I qrupunda yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edib. Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matçın 26-cı dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Buna baxmayaraq, milli ilk hissənin sonlarına yaxın hesabı açmağa nail olub. 43-cü dəqiqədə Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirib. Birinci yarı bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində qonaqlar tarazlığı bərpa ediblər. 48-ci dəqiqədə Anton Krivotsyuk avtoqol müəllifi olub. 72-ci dəqiqədə isə lüksemburqlular hesabı öz xeyirlərinə dəyişiblər. Təyin olunan penaltini Gerson Rodriges dəqiq yerinə yetirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 8-də səfərdə Kipr seçməsinə qarşı keçirəcək.

21:35

UEFA Millətlər Liqasının I turunun Azərbaycan - Lüksemburq oyununda 3-cü qol vurulub.

72-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən qonaqların oyunçusu Gerson Rodriges komandasını hesabda önə çıxarıb.

21:10

UEFA Millətlər Liqasının I turunun Azərbaycan - Lüksemburq oyununda hesab dəyişib.

Qonaqlar 48-ci dəqiqədə tarazlığı bərpa ediblər.

Anton Krivotsyuk avtoqol müəllifi olub.

21:01

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq matçının ikinci hissəsi başlayıb.

Qarşılaşmanın ilk hissəsi Azərbaycan yığmasının hesabda 1:0 üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, matçda hesab 43-cü dəqiqədə açılıb. Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

20:50

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq matçının birinci hissəsi başa çatıb.

Qarşılaşmanın ilk hissəsi Azərbaycan yığmasının üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, matçda hesab 43-cü dəqiqədə açılıb. Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

20:48

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq matçında ilk qol vurulub.

Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

20:01

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edir.

C liqasının I qrupunun digər matçında isə Kipr və Monteneqro yığmaları üz-üzə gəlirlər.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »