Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Füzuli sakini aclıq aksiyasına başlayıb

"Bu gün saat 19.00- dan etibarən aclıq aksiyasına başlamağa qərar verdim".

Bunu Bizimyol.info-ya məktubla müraciət edən Füzuli rayon sakini yazıb.

Məktubda qeyd edilir ki, səbəb son zamanlar Füzuli rayonunda baş alıb gedən provlemlərə İcra Hakimiyyətinin başçısının etinasız yanaşmasıdır:

"Füzuli rayonunda dövlət bayrağına hörmətsizlik, toxumluq buğda adı ilə toxuma yararsız buğdanın rayon camaatına baha qiymətə, 65 qəpiyə satılması, rüşvətxorluq və korrupsiya, "Örən Qala", "Qayıdış" qəsəbələrində əhalinin içməli suyu pulla alası bu və digər problemlərin Füzuli rayon İcra Hakimiyyətinin həll etmədiyinə, daha doğrusu həll etmək istəmədiyinə, eyni zamanda Azərbaycan Respublikası dövlət başçısınıņ vətəndaşlara müraciət edərək "Vətəndaşlar gördükləri problemləri bizə çatdırsın" istədiyinə qoşulduğum üçün təzyiqlərə məruz qaldığıma görə Azərbaycan Respublikasının Vətəndaşı olaraq bu gün saat 19.00-dan etibarən ölüm aclığı aksiyasına başlamağa qərar verdim.

Aclıq aksiyasını yalnız Azəebayçan Respublikasının Prezidenti məni qəbul etdiyi zaman dayandıra bilərəm.

Aclıq aksiyasını keçirdiyim ünvan, Füzuli rayonu 2-ci Zobucuq Qəsəbəsi ev 211".

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 15 erməni Ermənistana təhvil verilib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »