Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Çinin daha bir kompaniyasına qarşı sanksiyalar hazırlayır

ABŞ Çinin yarımkeçirici məhsulların istehsalı ilə məşğul olan SMIC kompaniyasını “qara siyahıya” salmaq niyyətindədir.

Reuters informasiya agentliyi xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi məlumat yayıb.

Hazırda ABŞ Müdafiə Nazirliyi digər qurumlarla daha bir xarici kompaniyaya qarşı konkret addımlar atmağın nəticələrini müzakirə edir.

Mikroelektronika istehsalı ilə məşğul olan SMIC Çinin mikrosxem bazarında həmin sahənin lideri - “Taiwan Semiconductor Manufacturing” kompaniyasından sonra ikinci yeri tutur.

Kompaniyanın “qara siyahıya” salınma səbəbləri barədə rəsmi məlumat verilməyib, lakin ABŞ hakimiyyəti onun Çin hərbçiləri ilə ehtimal olunan əlaqələrini araşdırır.

Qeyd edək ki, aprel ayının sonlarında ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların diplomatik müəssisələrinin 5G şəbəkələri ilə göndərilən bütün informasiyaların bundan sonra yalnız “Huawei” və ZTE sistemlərinə aid olmayan “etibarlı” avadanlıqlar vasitəsilə ötürüləcəyini demişdi.

Ötən ilin may ayında isə ABŞ Çinin “Huawei” kompaniyasını “qara siyahıya” salmışdı. Vaşinqton bu kompaniyanı Çin kəşfiyyatı ilə əməkdaşlıqda və 5G texnologiyası vasitəsilə müştərilərini izləməkdə günahlandırır. “Huawei” isə öz növbəsində ona qarşı səsləndirilən bütün ittihamları rədd edir və müstəqil fəaliyyət göstərdiyini bildirir.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »