Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani dost ölkələrin ABŞ-ın İrana sanksiyalarına etiraz etməməsindən təəssüflənib

Həsən Ruhani dost ölkələrin ABŞ-ın İrana sanksiyalarına etiraz etmədiyi üçün təəssüfləndiyini deyib.

APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İran Prezidenti dövlət televiziyasında çıxışında bildirib.

"Keçən aylar ərzində, koronavirus ölkəmizə gəldiyindən bəri heç kim köməyimizə yetişmədi. ABŞ az da olsa, insanlığa və beynə sahib olsaydı, koronavirus pandemiyasına görə bir il üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları dayandırmağı təklif edərdi. Lakin ABŞ bütün bunlardan uzaqdır, mərhəmətsiz və pisdir. Bunun əvəzinə bu son yeddi ayda koronavirusun mövcud olduğu müddətdə bizə qarşı yeni sanksiyalar və təzyiqlər tətbiq edib.

Heç bir dost ölkə isə koronavirusla, çətinliklərlə üzləşdiyimiz dövrdə insanlıq naminə Amerikaya qarşı duracağını və ABŞ-ın təhdidlərinə baxmayaraq İranla əməkdaşlıq edəcəyini söyləmədi", - deyə Həsən Ruhani bildirib.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış etdilər
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »