Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 28 yaşlı gənci döyərək öldürüblər - Video

Bakıda gənci döyərək öldürən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Baku TV xəbər verir ki, 2018-ci il oktyabrın 10-nu səhər saat 4:06 radələrində “103” xidmətinə çağırış daxil olub.

Məlumatda avtobus dayanacaqlarının birində bir nəfərin halının pis olduğu deyilib.

Bildirilib ki, dəmir oturacaqda uzanıqlı vəziyyətdə, 25-30 yaşlarında kişi aşkar edilib. Nə baş verdiyini soruşduqda o, əli ilə yolun əks tərəfini göstərib “pilləkəndən sürüşərək yıxıldığını, bərk əzildiyini və özünü piss hiss etdiyini” deyib. Xəstəyə inyeksiya yolu ilə ağrıkəsici dərman vurub, onu xəstəxanaya aparıblar. Dəfələrlə soruşduqdan sonra adının Elçin olduğunu bildirib.

Həmin şəxs əvvəlcə 3 saylı şəhər xəstəxanasına aparılıb. Orada rentgen və digər müayinələrdən keçdikdən sonra onun onurğasından və beyinindən xəsarət aldığı məlum olub. Buna görə də həmin şəxs “boynun səthi travması” diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma başlanılıb. Xəstəxanada müalicə alan Elçin Ələkbərov etiraf edib ki, “Ordubad” adlı kafedə musiqi sifarişi üstündə naməlum şəxslərlə aralarında mübahisə yaranıb. Bunun nəticəsində E.Ələkbərov həmin şəxslər tərəfindən döyülüb.

Oktyabrın 12-də Ağdam şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Nizam Məmmədzadə polis idarəsinə gələrək, kafedə tanımadığı şəxsə xəsarətlər yetirdiyini etiraf edib. İstintaqla müəyyən edilib ki, 2018-ci il oktyabrın 10-da gecə saat 3 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən kafenin ümumi zalında N.Məmmədzadə tanışları Əliəkbər Məmmədzadə, Rəsul İsmayılzadə və qeyriləri ilə birlikdə spirtli içki qəbul edib, musiqi sifariş veriblər. Digər masada tək oturan, əvvəllər tanımadığı E.Ələkbərovun da musiqi sifariş etməsini sintezator ifaçısı onlara bildirdikdə Nizam, əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri edib. Elçinin üz nahiyəsinə qəflətən yumruqla zərbə vurub, xəsarət yetirib. Kafedə olan müştərilər onları ayırdıqdan sonra E.Ələkbərov aralarında yaranmış narazılığı sakit şəkildə yekunlaşdırmaq üçün N.Məmmədzadəyə çölə çıxmağı təklif edib. Kafedən çıxdıqları vaxt giriş qapısının qarşısında Nizam Elçinin baş nahiyəsinə arxadan yumruqla sarsıdıcı zərbə endirib. Nəticədə E.Ələkbərov oktyabrın 25-də Respublika Neyrocərrahiyə Xəstəxanasında ölüb.

Nizam Elçinə xəsarət yetirərkən boynunun qırılmasını bilməyib və qorxduğu üçün polisə və ya təcili tibbi yardım stansiyasına müraciət etməyib. İki gündən sonra könüllü Xətai RPİ-yə gedib və törətdiyi cinayəti etiraf edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizam Məmmədzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »