Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan MTX-nin keçmiş direktoru: Hakimiyyətin dövlətçilikdən xəbəri yoxdur

“Ermənistanda indiki siyasi qüvvələr nə qədər ki, hakimiyyətdədir Qarabağdan az danışmağı təklif edirəm”.

“Hraparak.am” xəbər verir ki, bunu Ermənistan milli təhlükəsizlik xidmətinin (MTX) keçmiş direktoru, müxalifətdə olan Vətən Partiyasnın sədri Artur Vanesyan bildirib.

"İndikilər nə qədər ki hakimiyyətdədir, imkan daxilində Qarabağ, aprel döyüşləri, Tavuşdakı hərbi fəaliyyət, ordu, Ermənistan Respublikasının ümumi təhlükəsizlik sistemi, bizim diasporun lobbiçilik imkanları və başqa bu kimi mövzulardan az danışmağı təklif edirəm”,- keçmiş direktor bildirib.

Onun sözlərinə görə, Ermənistandakı indiki hakimiyyətdə təmsil olunananlar, deputatlar təsadüfi adamlardır:

“Onların dövlətçilikdən xəbəri yoxdur. Ancaq onların bu kimi məsələlərlə bağlı söylədikləri ölkənin rəsmi mövqeyi kimi qəbul edilir”.

Qeyd edək ki, Artur Vanesyan 1979-cu ildə anadan olub. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci il mayından 2019-cu ilin sentyabrınadək isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.(report)

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »