Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda bu gündən dərslər başlayır

İranda yeni təhsil ili bu gündən etibarən başlanılıb.

Trend-in məlumatına görə, yeni təhsil ilinin başlanması ilə əlaqədar tədbirə İran prezidenti Həsən Ruhani və təhsil naziri Möhsün Hacı Mirzayi vidoe-konfrans vasitəsi ilə qatılıblar.

Beləliklə İranda yeni təhsil ili ötən illərlə müqayisədə iki həftə tez başlanılıb.

Məlumatda bildirilir ki, məqsəd ötən ilin təhsil çatışmazlığını aradan qaldırmaqdır.

İranın Koronavirusla Mübarizə Milli Komitəsi İranda dərslərin səhiyyə protokolları əsasında keçirilməsinə icazə verib.

Qeyd edək ki, koronavirusun yayılması səbəbi ilə İranın bəzi bölgələrində təhsil virtual qaydada keçirilir.

Əlavə edək ki, İranda 19 fevralda ilk koronavirusa yoluxma halı qeydə alınıb. Ötən günədək İranda 382 772 nəfər koronavirusa yoluxub, 22 044 nəfər bu virusdan ölüb və 330 338 nəfər sağalıb.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »