Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyada arıların hücumu küçələrdə gəzintini təhlükəli edib

Böyük Britaniya nəhəng, “sərxoş” alman arılarının basqınına məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Daily Star” yazır.

Qeyd edilir ki, həşəratlar son dərəcə aqressivdir və heç bir səbəb olmadan insanlara hücum edirlər.

Ekspertlərin fikrincə, təhlükəli arıların meydana çıxması isti yay mövsümü və onların qidalandığı meyvələrin bolluğu ilə əlaqədardır. Nəticədə həşəratlar "çox içki içirlər" və daha çox narahat, aqressiv olurlar.

Zərərvericilərə qarşı mübarizə şirkətlərindən birinin rəhbəri Pol Beytsin sözlərinə görə, indi həşəratların fəaliyyətinin pik zirvəsi başlayır, çünki dişi arılar yumurtlamağı başa çatdırıblar və eşşək arıları pətəkdən çıxmağa başlayıblar. Onlar artıq "şah” arıya qulluq etməli deyillər.

O, britaniyalıları küçələrdə ehtiyatlı olmağa çağırıb. Pol Beyts qeyd edib ki, xüsusilə piknik – təbiət qoynunda gəzinti zamanı ehtiyatlı olmaq, həşəratlarla qarşılaşan vaxt əlləri yelləməmək lazımdır, bu, əks təqdirdə insanları arıların hədəfi olmaq şansını artırır.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »