Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər iki hökumətə vaxt verilib ki…”

“Qala” Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov: “Yunan xalqından özümüzə qarşı soyuqluq görməmişik”

Məlum olduğu kimi, sentyabrın 2-də Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib. Dövlət başçısı səfiri salamladıqdan sonra onunla Azərbaycanla Yunanıstan arasəndakı münasibətərdə yaranmış problemlərdən danışıb. İlham Əliyev öncə iqtisadi sahədə əmıkdaşlığa maneələr, sonra isə Yunanıstan, Ermənistan və Kipr arasında hərbi əməkdaşlığın Azərbaycanda yaratdığı narazılıq haqqında danışıb. Azərbaycan Prezidenti Yunanıstanın keçmiş hökumətinin münasibətlərə xələl gətirən addımları, eləcə də, Azərbaycanın gözləntiləri haqqında açıq danışıb. İlham Əliyev eyni zamanda Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərə də toxunub.

Bizimyol.info portalının müsahibi “Qala” Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdur.

“Hər iki hökumətə vaxt verilib ki…”

- Rəşid bəy, Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstaın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edərkən iki ölkı arasında münasibətlərin aşağı səviyyəyə düşdüyünü, bunun da Yunanıstanın keçmiş hökumətindən qaynaqlandığını demişdi. Bu tənqidlərlə bağlı, eləcə də, Azərbaycanın Şərqi Aralıq dənizi hövzəsində Türkiyəyə dəstək verəcəyi haqqında fikirlər, mövqe Yunanıstanda necə qarşılanıb? Yunan mətbuatı, ictimai fikri bu məsələyə necə yanaşır?

- Cənab Prezident Yunanıstanla olan əməkdaşlığa mənfi təsir göstərən bir neçə məsələni çox aydın şəkildə izah etdi, ona görə də həmin faktları təkrarlamağa ehtiyac duymuram. Yunanıstanda media çoxistiqamətlidir. Sarı medianın qalmaqal yaratmaq arzusu da təbiidir. Dövlət KİV-in bununla bağlı yazılarına rast gəlməmişəm. Amma yəqin ki, Yunanıstanın da müvafiq rəsmiləri məsələyə münasibət bildirəcək.

- Sizcə, Yunanıstanın yeni hökuməti Azərbaycanla münasibətləri qaydasına salmaq üçün lazım olan addımları atacaqmı?

- Bu məsələ ilə bağlı dövlət başçısı ilə görüşdə Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos Yunanıstanın yeni hökumətinə Azərbaycan hökumətilə münasibətləri yaxşılaşdırmağa imkan tapmaq üçün vaxt verildiyini nəzərə alaraq iki ölkə arasında əməkdaşlığın gələcəyi daha yaxşı olacağını ifadə edib.

- Azərbaycan tərəfi Yunanıstan-Kipr-Ermənistan üçtərəfli əməkdaşlığından, Yunanıstanın Ermənistanla hərbi sahədə işbirliyindən narahatlığını dilə gətirdi. Bu məsələlərlə bağlı Azərbaycan diasporu olaraq yunan rəsmi məqamları və ictimai qurumları ilə hansı işlər aparırsınız?

- “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti ,adından da göründüyü kimi, iki xalq, iki dövlət arasında dostluq, əməkdaşlıq platformasıdır. Cəmiyyətimiz Saloniki şəhərinin icra hakimiyyəti, bələdiyyəsi və digər qurumlarla çox yaxın tərəfdaşlıq çərçivəsində sosial layihələr həyata keçirib və bu əməkdaşlıq müvəffəqiyyətlə davam edir. Nəzərə alın ki, Cəmiyyət ictimai təşkilatdır və siyasi məqamlarla bağlı öz neytrallığını qoruyur. Başqa sözlə, “QALA” Cəmiyyəti iki dövlət arasında ictimai-mədəni münasibətlərin inkişafı üçün daim bütün resurlarını səfərbər edir. Siyasi məsələlər isə Yunanıstanda mövcud hakimiyyətlərin mövqeyindən asılı olaraq, dəyişən prioritetlərdir.

- Bu baş verənlər fonunda - Yunan-Türk gərginliyinin artdığı bir məqamda, eləcə də, Yunan-Azərbaycan münasibətlərinin soyuqlaşması kontekstində Yunanıstandakı diasporumuzun durumu, bizə olan münasibət necədir?

- Cəmiyyətimizin təşkil etdiyi tədbirlərdə həm Türkiyə, həm Yunanıstan rəsmiləri iştirak edir və tədbirlər çərçivəsində tərəflər arasında heç bir zaman gərginlik hiss etməmişik. Əksinə, yunan və türkləri tarixi bağlar birləşdirir. İnanıram ki, bəzi məsələlər öz siyasi həllini tapdıqdan sonra yunan və türk xalqı əvvəlki dostluq və əməkdaşlığını bərpa edəcək.

- Yunanıstanla Azərbaycan arasında olan münasibətlər bir neçə il əvvəlki səviyyəsinə qayıda bilərmi? Yunan ictimai fikri bu haqda nə deyir?

- Fəaliyyət göstərdiyimiz müddətdə yunanların ancaq isti münasibətini hiss etmişik. Azərbaycan xalqının yunan xalqı ilə çox oxşar xüsusilyyətləri var. Hər iki xalq qonaqpərvərdir, qədim mədəniyyətə, musiqiyə və mətbəxə sahibdir. İqlimlərimiz də oxşardır. Bir daha qeyd edirəm ki, müvəqqəti siyasi soyuqluğun olması münasibətlərimizin pis olmasına anlamına gəlmir. Düşünürəm ki, gələcəkdə iki ölkə arasında münasibətlər daha produktiv olacaq.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »