Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur amerikalı yazıçı SSRİ-də nə axtarırdı...

1948-ci ilin aprelində ABŞ-da məşhur yazıçı Con Steynbekin tanınmış hərbi müxbir Robert Kapanın fotoları ilə “Rus gündəliyi” dərc olunmuşdu.

Kitab 40 günlük SSRİ turnesinin təəssüratları əsasında yazılmışdı. Bizimyol.info okeanın o tayından gəlmiş iki kişinin Sovet İttifaqında nə axtarmasından yazacaq.

Con Steynbek Con Steynbek

Steynbek və Kapa dürüst reportaj hazırlamaq məqsədi daşıdıqlarını deyirdilər. Nə görürlərsə, onu da yazmağı düşünürdülər. İnsanların nə geyinməsi, nə yeməsi, necə sevməsi, ölməsi, nə haqqında danışması, uşaqların məktəbə necə getməsi qonaqları daha çox maraqlandırırdı. Sadəcə, şəkillər çəkib, reportaj hazırlamaq istəyirdilər.

Sovet hesabatlarından görünür ki, ittifaqda Steynbek və Kapanın ABŞ hökumətinin missiyası ilə təşrif buyurduğunu düşünürlərmiş. Hesabatda yazılıb ki, amerikalı yazıçı Moskvaya çatan kimi ABŞ-ın SSRİ-dəki səfiri Uolter Bedell Smitlə görüşüb.

Bəs onda sovetlər Steynbekə niyə gəlməyə icazə vermişdi? Çünki yazıçı Böyük Depressiya dövründə sadə amerikalının əzablarını əks etdirən “Qəzəbin salxımları” əsərinin müəllifi idi. Əsər SSRİ-də çox məşhurlaşmışdı. Bununla Steynbekin kapitalizmin dəhşətlərini göstərdiyini fikirləşirdilər. Amma yazıçı SSRİ-yə ayaq basanda amerikalı fermerlər dəfələrlə yaxşı yaşayırdılar. Yazıçı fermerlərə yardıma görə ABŞ hökumətini tərifləmişdi.

Steynbeklə Kapa Moskvaya, Kiyevə, Stalinqrada, Gürcüstana getmişdi. Yazıçı təəssüratlarını tam səmimi qələmə alırdı. Steynbek yazırdı ki, sovet adamı Stalindən çox, yeni dünya müharibəsindən qorxur.

Steynbek də, Kapa da İkinci Dünya Müharibəsini görmüşdü. Onlar Stalinqradda rus qadınına heyran qalmışdılar. Ən pis şərtlər altında bu qədər təmiz, qürurlu və zərif qalmaq olarmış. Onlar həm də Ukraynadakı dağıntıların, itkilərin miqyasından sarsılmışdılar.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »