Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk lirəsi “batır”

Türkiyə lirəsi az qala hər gün güc itirir. Ölkə iqtisadiyyatı yaxşı günlərini yaşamır.

Mütəxəssislər milli valyutanın dəyərdən düşməsində bir çox amilləri qabardır.

Bizimyol.info xəbər verir ki, sentyabrın 4-də lirənin bütün dövrlər üçün ən aşağı məzənnəsi qeydə alınıb. Halbuki bir gün əvvəl antirekordun qeydə alınması xəbəri yayılmışdı. Bu gün də Türkiyə valyutası geriləyib. Dollar 7.46 lirəyə təklif olunub.

İstanbul İstanbul, Türkiyə | Foto: Pixabay.com

Hələ günorta saatlarında Türkiyə pulunun birjalarda vəziyyətinin yaxşı olmadığı görünüb. Axşama doğru dolların lirəyə nisbətdə mövqeyi bir az da güclənib. 7.4557 rekordundan sonra 7.46 həddi aşılıb.

Avro Türkiyədə dünənkindən daha baha təklif olunmur. Sentyabrın 3-də Avropa valyutasının 8.83 lirəyə bərabər olması bildirilmişdi. Bu gün axşam saatlarında avro 8.79 lirədən satılır.

Mütəxəssislərin fikrincə, Türkiyə Mərkəzi Bankının faiz dərəcələrini kəskin aşağı salması yaxşı nəticələnməyib. Ümumiyyətlə, qardaş ölkə iqtisadiyyatı pandemiya dövrünü yaxşı keçirmir. Lirənin güc itirməsi təəccüblü deyil.

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
Son xəbərlər
Bütün xəbərlər »