Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kranın aşmasının ilkin səbəbi açıqlandı: Təhlükəsizlik qaydalarına riayət edilməyib

Bakıda kranın aşdığı ərazidə tikinti işləri aparan “Qaranti İnşaat 2012” şirkətinin hüquqşünası Fərid Həsənov baş verən hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

Trend-in məlumatına görə, o açıqlamasında bildirib ki, sözügedən kran işlək vəziyyətdə olmayıb və əraziyə yeni quraşdırılıb: "Qaranti İnşaat 2012" pilot layihə çərçivəsində burada tikinti işləri ilə məşğuldur. Təxminən, iki ay əvvəl - 20 iyun tarixindən bizim kran sahibi olan şirkətlə - “Kran Group MMC” ilə müqaviləmiz var. Müqaviləyə əsasən, “Kran Group MMC” tikinti məqsədilə kranı bu ərazidə quraşdıraraq bizə təhvil verməli idi. Hadisə isə kranı quraşdıran zaman baş verdiyindən məsuliyyət “Kran Group MMC”-nin üzərinə düşür".

Şirkət əməkdaşı əlavə edib ki, quraşdırılma zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün kran aşıb və hadisə zamanı kranın sürücüsü vəfat edib.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »