Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 048, ötən müddət ərzində isə ümumilikdə 949 313 test aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »