Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yens Stoltenberq: "Rusiyanın cavab verməli olduğu ciddi suallar var"

"NATO Aleksey Navalnıya edilən hücumu qınayır".

Bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

"Almaniya mütəxəssis laboratoriyasında aparılan analizin nəticələri barədə müttəfiqləri məlumatlandırdı. Aleksey Navalnının "Noviçok" qrupundan olan hərbi dərəcəli sinir iflicedici maddədən istifadə edilərək zəhərləndiyinə şübhə olmayan bir dəlil var. Belə bir silahın istifadəsi qorxuncdur", Stoltenberq deyib.

O bildirib ki, bütün müttəfiqlər bu hücumu qınayır.

"Kimyəvi silahların istifadəsi insan həyatına qarşı tamamilə hörmətsizliyin göstəricisi, beynəlxalq norma və qaydaların kobud şəkildə pozulmasıdır.

Bu gün NATO müttəfiqləri razılaşdılar ki, indi Rusiyanın cavab verməli olduğu çox ciddi suallar var.

Rusiya hökuməti qərəzsiz, beynəlxalq istintaqda Kimyəvi Silahların Qadağan olunması üzrə Təşkilatla tam əməkdaşlıq etməlidir.

Bu hücuma görə məsul olanlar məsuliyyətə cəlb edilməli və ədalət mühakiməsinə gətirilməlidir. Biz eyni zamanda Rusiyanın özünün "Noviçok" proqramı barədə Kimyəvi Silahların Qadağan olunması üzrə Təşkilata tam açıqlama verməsini tələb edirik", deyə NATO Baş katibi vurğulayıb.

"Rusiya hakimiyyətinin müxalifət liderlərinə və tənqidçilərə qarşı dəfələrlə hücum etdiyini və həyatlarını təhdid etdiyini gördük. Onlardan bəziləri hətta öldürüldü.

Beləliklə, bu, yalnız bir şəxsə deyil, fundamental demokratik hüquqlara edilən hücumdur və ciddi bir məsələdir. Bu, beynəlxalq hüququn pozulmasıdır və buna görə də beynəlxalq reaksiya tələb edir", Yens Stoltenberq əlavə edib.(apa)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »