Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baxımsız vəziyyətdə olan tarixi abidəni qapılarını bağlamaqla qoruyurlar - Foto

Mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunsa da, bu günə kimi məsciddə əsaslı təmir işləri aparılmayıb.

Bizimyol.info xəbər verir ki, Bakının Əmircan kəndində XIV əsrdə yonulmuş ağ əhəng daşından tikilən Nizaməddin məscidi baxımsız vəziyyətdədir.

Hazırda tarixi abidə yalnız qapıları bağlanılmaqla qorunur. Amma məsciddə də bərpa işlərinin aparılmasına ehiyac var.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev bildirib ki, artıq məscidə təmir işlərinin aparılması planda var (Trend.az).

Qeyd edək ki, məscidin qapısının üzərində fars dilində "Dünya bir əyləncə, dəbdəbə, şan-şöhrət və iztirabdan başqa bir şey deyildir" yazılıb. İkinci kitabədə isə ərəb dilində məscidin tikilmə tarixi və sifarişçi Əmir Nizaməddin Fəxrəddin oğlunun adı qeyd edilib:"Bu tarix hicri–qəməri tarixi ilə 730-cu ilə, (1329-1330) təsadüf edir.

Ramid İbrahimov

Nizaməddin məscidi

Son xəbərlər
Bütün xəbərlər »