Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Düşmən cəbhədə yeni təxribatlara hazırlaşır-Hərbi ekspert

“Ermənistan son iki ayda Azərbaycanın silahlanmasında mövcud olan və cəbhədə praktiki istifadə edilən PUA-ların ("Orbiter-2" və "Orbiter-3") klonlarının yaradılması işlərini və sınaqları sürətləndiriblər”.

Bunu Bizimyol.info-ya açıqlamasında hərbi ekspert Rəşad Süleymanov bildirib.

Rəşad Süleymanov Rəşad Süleymanov

Ekspert qeyd edib ki, Azərbaycanın silahlanmasında mövcud olan PUA-ların klonlarını düşmən bir il öncə yaratmağa başlayıb: “Amma son Tovuz döyüşlərindən sonra düşmən bu istiqamətdə fəaliyyətini aktivləşdirib.

Düşmənin müdafiə sənayesini müşahidə edərkən məlum olur ki son iki ayda bu sahədə prosesi sürətləndiriblər. Məqsəd cəbhədə təxribatlar törədərkən bu aparatları istifadə etməkdir. Çünki Azərbaycan əsgəri başının üzərində uçan pilotsuz aparatın özünün və ya düşmənin olmasını təyin etməkdə çətinlik çəkəcək.

Bu da düşmənin öz məqsədlərini həyata keçirmək üçün imkan verəcək”.

R.Süleymanov bildirib ki, düşmən təkcə pilotsuz aparatdan deyil, hərbi texnikanın maketlərindən də istifadə edir: “Polşa şirkəti ilə birlikdə Ermənistanda həmin maketlərin yaradılması və istehsalı prosesi gedir. Artıq 2016-cı ildən bu proses başlayıb. Onlar içərsinə mator qoyub və istilik effekti yaradıb hava dolduraraq tankın və piyada döyüş maşının maketini yaradır. Bununla da çalışırlar ki öz texnikalarını qorusunlar”.

Hərbi ekspertin sözlərinə görə, düşmənin bu çür maketləri və klon aparatları ilə mübarizədə antidron sistemlərdən və radioelektron mübarizə sistemindən istifadə edilməlidir ki bu aparatlar aktiv istifadə edilə bilməsin: “Düşünmürəm ki düşmənin hazırladığı bu aparatlar keyfiyyət və texniki parametrlərinə görə Azərbaycanın istifadəsində olan orbiterləri üstələyə bilsin.

Azərbaycanın istifadəsində olan bənzər pilotsuz aparatların istehsalı sahəsində ixtisaslaşmış İsrail şirkəti ilə birlikdə istehsal olunur. Və bu aparat NATO-nun bəzi ölkələrində də istifadə olunur”.

Ramid İbrahimov

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »