Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arif Rəhimzadə: "Ramiz Mehdiyevi ilahiləşdirmirəm..."

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) islahatların aparılacağı hələ də müzakirə mövzusudur. Lakin hələ ki, hakim partiyanın nümayəndələri bu barədə detallı danışmaq istəmir.

YAP-ın qurucularından olan, pariyanın İdarə Heyətinin üzvü, keçmiş birinci vitse-spiker Arif Rəhimzadə də həyata keçiriləcək dəyişikliklər barədə danışmağa tələsmir. O, Yenisabah.az-a açıqlamasında deyib ki, indidən bu barədə danışmaq doğru olmazdı.

“Mən öz fikrimi deyə bilərəm. Fikrim qəbul olunacaq, ya olunmayacaq bu başqa məsələ. Məsləhət bilərdim ki, İdarə Heyəti qərar çıxarandan sonra bu haqda danışaq. İndi danışmaq tezdir”, - deyə Arif Rəhimzadə bildirib.

Qocaman YAP-çı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevdən danışıb. “Ramiz Mehdiyevi ilahiləşdirmirəm və hesab etmirəm ki, nöqsan varsa bütövlükdə onun adı ilə bağlanmalıdır. Amma Ramiz Mehdyevin o hərəkətləri əlbəttə ki, doğru deyildi. O, ilk növbədə dövlətçiliyə, dövlətə, qanun-qaydaya münasibətini bildirməliydi. Amma o formada yox, əksinə, nümunə olmalıydı. Hesab edirəm o hadisə hamı üçün bir dərs oldu. Hamı anlamağa başladı ki, qanun-qayda hər kəsə aiddir. Burada ayrı-seçkilik ola bilməz”, - deyə Arif Rəhimzadə vurğulayıb.

Keçmiş birinci vitse spiker Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqalın iqtidardaxili ziddiyyətlərdən qaynaqlanması barədə mülahizələri bölüşmədiyini deyib: “İqtidarda elə proses yoxdur. Bunlar hamısı uydurmadır. Burada söhbət dövlətdən, dövlətçilikdən, ona hörmətdən və onun kriteriyalarından gedir. Bu kriteriyalar da Prezident tərəfindən açıq ifadə olunub. Hamı qanun-qaydaya riayət etməlidir”.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »