Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BNA-nın qalmaqallı şöbə müdiri işdən çıxarıldı

Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb.

Bu barədə “Report”a BNA-dakı mənbə bildirib.

Xatırladaq ki, ötən gün BNA açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.

Hikmət Babayev Hikmət Babayev

Xatırladaq ki, Hikmət Babayev Bakıda taksi qiymətlərinin çox aşağı olduğunu, hamının taksidən istifadə etdiyini bildirərək taksi xidmətinin tənzimlənməsi ilə bağlı layihənin icra olunacağını bildirmişdi. Sonra bu fikirlər taksi xidmətinin inhisara alınması və bahalaşdırılması planları kimi qiymətləndirilərək cəmiyyətin təpkisi ilə qarşılanmışdı.

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
Son xəbərlər
Bütün xəbərlər »