Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa yoluxmuş Berluskoninin ağciyərlərində ikitərəfli pnevmoniya aşkarlanıb

Koronavirusa yoluxmuş İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin ağciyərlərində ikitərəfli pnevmoniya halı aşkarlanıb.

APA-nın ANSA agentliyinə istinadən verdiyi xəbərə görə, ikitərəfli pnevmoniya hələ ilkin mərhələdədir. 83 yaşlı Berluskoni Milanın "San Raffaele" xəstəxanasına aparılıb.

"Sky Italia" televiziyası Bersluskoninin intensiv müalicə şöbəsinə yerləşdirilmədiyini, lakin onun nəfəs almasında çətinlik çəkdiyini bildirib.

"Forza İtalia" Partiyası da keçmiş Baş nazirinin müayinələr üçün xəstəxanaya aparıldığını lakin onun vəziyyətinin ağır olmadığını bildirib.

İtalyan qəzetləri Berluskoninin Sardiniyadakı villasında istirahətdə olarkən uşaqları - Barbara və Luigidən yoluxduğunu yazır. Onların hər ikisinin də koronavirus testi müsbət çıxıb.

Berluskoninin sevgilisi Marta Fascinanın da infeksiyaya yoluxduğu bildirilib.

Qeyd edək ki, Silvio Berluskoni dörd il əvvəl ağır ürək əməliyyatı keçirib və fevral ayında İtaliyada yayılmağa başlayan koronavirus pandemiyasından sonra bütün ictimai çıxışlarını və görüşlərini dayandırıb.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »