Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"General Motors" və "Honda" əməkdaşlığa başlayır

ABŞ-ın avtomobil istehsalçısı "General Motors" (GM) və Yaponiyanın avtomobil istehsalçısı “Honda” şirkətləri əməkdaşlığa başlayır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, şirkətlər bu məqsədlə memarandum imzalayıb. Sənəd GM və “Honda”nın bir-birini ehtiyat hissələri ilə təchizat etməsini, birgə satışı və digər məsələləri əhatə edir.

Xatırladaq ki, bu ilin aprel ayında şirkətlər elektrikli avtomobillərin istehsalı sahəsində də əməkdaşlıq edəcəklərini və GM-nin "Ultium" batareyalarından istifadə etməklə "Honda" markalı 2 yeni elektromobil istehsalına başlayacaqlarını bəyan edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »