Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda özəl icra məmurları olacaq

Azərbaycanda özəl icra məmurları fəaliyyət göstərəcək.

Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Nazirliyin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

O bildirib ki, bir çox ölkənin qanunvericiliyində bu məsələ geniş öyrənilib:

“Cənab nazirin müvafiq tapşırığı ilə bu istiqamətdə xüsusi işçi qrupu yaradılıb. Normativlərin, layihələrin hazırlanması davam edir. Demək olar ki, artıq razılaşdırma mərhələsindədir”.

Eyni zamanda yaradılan işçi qrupunun da üzvü olan F.Əfəndiyev özəl icra ilə dövlət icra məmurları arasında iş bölgüsünün də olacağını qeyd edib:

“Qanunda nəzərdə tutulub ki, müəyyən səlahiyyətlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Özəl icra məmurlarının fəaliyyətinə baxan palata olacaq. Onların sosial təminatı, tələbləri nəzərə alınacaq”.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »