Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Araşdırma: Qocalanda tənha qadınlar evlilərdən daha sağlam olurmuş

Alimlərin apardıqları araşdırmalar belə nəticəyə gəlməyə əsas verib ki, dul və tənha xanımlar qocalıqda öz həmyaşıdlarından daha sağlam və daha xoşbəxt olurlar. Çünki daha az stress çəkirlər.

Padui Universitetinin professoru, psixologiya elmləri doktoru Katerina Trevisian bəyan edib ki, qocalıqda evli olmaq kişilərə faydalı, qadınlara zərərlidir. Qadınlar ev təsərrüfatını idarə edir, üstəlik ərlərini də uşaq kimi bəsləyirlər. Bu da onlara özlərini yorğun və məhdudlaşmış, borclu hiss etməyə vadar edir.

Qadınlar adətən kişilərdən daha uzunömürlü olduqları üçün onların boynuna ərlərindən daha çox yük düşür.Onlar özlərini həyat yoldaşlarına daha çox həsr edirlər.

Alimin başqa bir araşdırması göstərib ki, hətta gənc qadınlarda da ərləri stress yaradır.Məlum olub ki, qadınlar analığq və övladlarına həsr etdikləri qədər güc və səyi ərlərinə də sərf edirlər.Sorğuda iştirak edən qadınların 46%-i bildirib ki, ərləri onlara balaca uşaqlarından daha çox stress verib.Ailəli qadınlar 10 ballıq sistem üzərindən ailəiçi stressin 8,5 olaraq qiymətləndiriblər.

75 faiz qadın bildirib ki, ailə və uşaqların qayğısı tək onların çiynindədir, ər maraqlanmır.

20 faiz gənc qadın bildirib ki, ərinin yanında olmaması səbəbilə stress yaşayır. Sorğuda iştirak edən evli qadınların hamısı özünə zaman tapa bilməməkdən gileylənib.

Araşdırmalar həmçinin göstərib ki, ər öldükdsən sonra onların xanımlarının sağlamlıq vəziyyəti yaxşılaşır, kişilərdə isə əksinə, xanımı öldükdən sonra sağlamlığı pisləşib.

Belə belə işlər, kişilər. Nəzərə alın.

İlhamə

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »