Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FTX Rusiyanın müxtəlif regionlarında kütləvi qırğınlar planlaşdıran 13 nəfəri tutub

Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkənin müxtəlif regionlarında kütləvi qırğınlar planlaşdıran 13 nəfəri tutub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Təhlükəszilik Xidməti məlumat yayıb.

Bildirilib ki, bu şəxslər Rusiyanın müxtəlif regionlarındakı təhsil müəssisələrində, hüquq-mühafizə strukturlarının binalarında və insanların çox toplaşdığı ictimai yerlərdə kütləvi cinayət planlaşdırıblar: "Bir sıra bölgələrdə əldəqayırma partlayıcı qurğulardan, yandırıcı qarışıqlardan, soyuq silahlardan istifadə edərək qırğınlar törətməyi planlaşdıran, həmçinin internet istifadəçilərini bu cür cinayətlər törətməyə təşviq edən 13 Rusiya vətəndaşı saxlanılıb. Onlardan 11-i sosial şəbəkələrdən birində qapalı onlayn qrupun üzvüdür".

Saxlanılan şəxslərin cinayət planlarını onların gündəliklərindən və istifadə etdikləri elektron cihazlardan əldə olunan məlumatlar təsdiqləyir. Qeydlərdə alovlandırıcı və partlayıcı qurğuların hazırlanması üçün təlimatlar, təhsil müəssisələrinə, hüquq-mühafizə orqanlarının binalarına və insanların sıx olduğu yerlərə hücum sxemləri tapılıb.

Saxlanılan şəxslərin evlərində 4 əldəqayırma partlayıcı qurğu və onları düzəltmək üçün lazım olan komponentlər, habelə ov silahları və soyuq silahlar aşkar olunub.

FTX bu şəxslərin cinayət törətmə motivləri və onları yaşı barədə məlumat verməyib.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »