Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər ölüm kalkulyatoru hazırlayıblar

Şərqi İngiltərə Universitetinin alimləri insanın ölüm zamanını təyin edən proqram hazırlayıblar.

Bizimyol.info The Sun-a istinadən xəbər verir ki, proqram insanlara həyatı necə uzatmaq yolları barədə məlumat verəcək. Bunu proqramı hazırlayan komandanın rəhbəri yelena Kulinskaya söyləyib.

“Ölüm kalkulyatoru” insan orqanizminin müxtəlif göstəricilərini- yaş, cins, bədən indeksi, zərərli vərdişləri, xroniki xəstəlikləri, təzyiq, qanda xolesterin miqdarı, yaşayış yeri və hətta irqi barədə məlumatları qeydə alır.

Proqram yardıcılarının dediyinə görə, ölüm kalkulyatoru fərdi xüsusiyyətlər yox, ümumi xüsusiyyətlər əsasında insana sağlam yaşamağı təlqin edir , bu barədə düşünmək məcburiyyəti yaradır.

İndiyədək ölüm kalkulyatorunda 60 yaşdan yuxarı 100000 insan test edilib. Yarım il çəkən təcrübələrdən sonra 686 risk profili üzə çıxıb. Yaradıcılar hesab edirlər ki, özünü və həyatı sevən hər kəsin smartfonunda bu mobil əlavə yer almalıdır.

İlhamə

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› Kamil Zeynallı: “Hikmət Hacıyev mənə yaxınlaşıb, dedi ki...”
››› Azərbaycanlıların evlərini zəbt edənlər Ermənistanda qaçqın statusu ala bilmir
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
Son xəbərlər
Bütün xəbərlər »