Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kərəm Həsənov hədəfdə - Kollecin ərazisi özəlləşdirilib

Yerli mediada Bakının Nərimanov rayonunda yerləşən Humanitar Kollecin və yaxınlığındakı 50 sot parkın Ramiz Mehdiyevin ailəsi tərəfindən özəlləşdirildiyi ilə bağlı xəbər yayılıb.

Təhsil Nazirliyi isə öz açıqlamasında dövlətin kollecinin özəlləşdirilməsinin mümkün olmadığı və bu məsələdən xəbərsiz olduqlarını ifadə edib.

Sfera.az-ın araşdırması nəticəsində isə məlum olub ki, həqiqətən də Humanitar Kollec və 50 sot park ərazisi özəlləşdirilmiş və sözügedən əraziyə Dövlət Əmlak Komitəsi tərəfindən çıxarış təqdim edilmişdir.

Qeyd edək ki, sənədlər Mehdiyeva Nigar İsmayıl qızı adına rəsmiləşdirilib.

Mehdiyeva Nigar İsmayıl qızının kimliyi araşdırılarkən bəlli olub ki, O Fövqəladə Hallar Nazirinin müavini Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) həyat yoldaşıdır.

Ramiz Mehdiyev Ramiz Mehdiyev

Ramiz Mehdiyevin gəlininin Bank "BTB” ASC-nin əsas səhm sahibi olduğu da heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank "BTB” ASC həm də "BTB Leasing” ASC və "BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.

Əgər Təhsil Nazirliyinin mövzudan həqiqətən xəbəri yoxdursa, sual yaranır ki, o zaman Dövlət Əmlak Komitəsinin sədri olmuş Kərəm Həsənov özəlləşdirməni nəyə əsasən həyata keçirib?

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »