Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Die Welt” qəzeti: Aİ Lukaşenkonu sanksiyalar siyahısına salmayacaq

Avropa İttifaqı (Aİ) Belarus Prezidenti Aleksandr Lukaşenkonu sanksiyalar siyahısına salmayacaq.

APA-nın xəbərinə görə, bu barədə “Die Welt” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bunun əsas səbəbi Almaniyanın, həmçinin Fransa və İtaliyanın tutduğu mövqedir.

Berlin, Paris və Roma bəyan edib ki, istənilən halda Lukaşenko ilə əlaqə kanallarını açıq saxlamaq lazımdır. Bu ölkələr hesab edir ki, Lukaşenkonun adının “qara siyahı”ya salınması Minsklə dialoqun tamamilə dayandırılması deməkdir.

Qeyd edək ki, Belarus liderinə qarşı məhdudlaşdırıcı addımların atılması təşəbbüsü ilə ilk növbədə Baltik ölkələri və Polşa çıxış edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »