Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Barselona"nın prezidenti korrupsiyada ittiham edildi

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu korrupsiyada ittiham olunur.

"Report" "El Mundo" nəşrinə istinadən xəbər verir ki, funksionerin klub üçün aparılan əməliyyatlardan şəxsi mənfəət götürdüyü iddia edilir.

Klub prezidentinin rəqiblərinə və futbolçular Lionel Messi ilə Jerar Pikeyə qarşı kiberhücumlar təşkil etdiyi deyilir. Daha əvvəl İspaniya mediası həmin kiberhücumları klubun sifariş etdiyini aşkarlayıb.

Həmçinin Kataloniya təmsilçisinin keçmiş oyunçuları Xavi, Karles Puyol və sabiq baş məşqçi Xosep Qvardiolanın da belə hücumlara məruz qaldığı güman edilir.

Bartomeu prokurorluğun bu məsələ ilə bağlı iddialarını rədd edib.

Qeyd edək ki, Xosep Bartomeu 2014-cü ildən "Barselona"nın prezidentidir. Lionel Messi müqaviləni yeniləyəcəyi təqdirdə, o, klub prezent vəzifəsindən getməyə hazır olduğunu söyləyib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »