Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sərxoş kişi güllələndiyini anlamadı və qanaxmadan öldü

İçki süfrəsində dostu tərəfindən güllələnən kişi çox sərxoş olduğundan yaralandığını anlamayıb və qan itkisindən ölüb.

Lenta.ru-nun məlumatına görə, qəribə hadisə Altay Respublikasında baş verib

Məlumata görə, 32 yaşlı kişi həmyaşıdı ilə spirtli içki qəbul edib. Arada onların sözləri çəp gəlib, hirslənən tanışı onun qoluna və ayağına iki dəfə atəş açıb.

Lakin həmin vaxt onlar o qədər sərxoş olublar ki, məclisi davam ediblər, sonra isə yatıblar. Nəticədə zərərçəkən qan itkisindən dünyasını dəyişib.

Səhər dostunu ölmüş halda tapan şübhəli bundan dəhşətə düşərək onun cəsədini çaya atıb.

Hadisədən iki gün sonra polislər elə həmin yerdə meyiti aşkar ediblər.

Hadisə ilə bağlı “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.(oxu.az)

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »