Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Merkellə videokonfransda Şərqi Aralıq dənizindən danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin videokonfrans formatında görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən yayılan açılamada bildirilib.

Telekonfransda hər iki lider Şərqi Aralıq dənizi əsas olmaqla bölgədəki vəziyyəti müzakirə ediblər və bunun ardınca Prezident Administrasiyası acıqlama yayıb.

Açıqlamada bildirilib ki, Şərqi Aralıq dənizindəki gərginliklə əlaqədar Türkiyə özünün və Şimali Kipr türklərinin mənafeyini sonadək qoruyacaq, eləcə də Türkiyə dənizkənarı ölkələrin hüquqlarının tapdalanmamasına tərəfdardır. Yunanıstan və Cənubi Kipr Respublikası bu prinsipləri pozur, bəzi ölkələr isə onların bu haqsız mövqeyini müdafiə edir. Açıqlamada Şərqi Aralıq dənizindəki gərginliyə dəstək verən ölkələrin regional sülhə ciddi zərər verdiyi də vurğulanıb.

Həmçinin açıqlamada Angela Merkelin bu problemin həllinə göstərdiyi cəhdlərin də təqdirəlayiq qarşılandığı qeyd edilib.

Qeyd edək ki, videokonfransda Türkiyə tərəfdən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin mətbuat katibi İbrahim Qalın iştirak ediblər.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »