Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda seçkiyə müdaxiləyə görə daha sərt cəzalar qəbul olunub

Gürcüstan parlamenti ölkənin Seçki Məcəlləsinə düzəlişləri sürətləndirilmiş qaydada üçüncü oxunuşda qəbul edib.

“Report” xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının təşəbbüskarı olduğu qanun layihəsini 81 deputat dəstəkləyib.

Müxalif Vahid Milli Hərəkat və Avropalı Gürcüstan partiyaları səsvermədə iştirakdan imtina ediblər.

Layihəyə əsasən, seçicilərin səs verməsi ilə bağlı məcburetmə, hədə-qorxu və səsvermə gizliliyinin pozulmasına görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulub.

Bu cür pozuntulara yol verən şəxslərə qarşı cərimələr və ya 6 aydan 2 ilədək ev dustaqlığı, yaxud da 3 ilədək həbs cəzası tətbiq olunacaq.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »