Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusu idmanda da cəzalandırmaq istəyirlər

Belarusu demokratiya prinsiplərinin pozulmasına görə müxtəlif sanksiyalar gözləyir. Postsovet ölkəsini hətta idmanda da cəzalandırmaq istəyirlər.

Bizimyol.info xəbər verir ki, Latviya Beynəlxalq Hokkey Federasiyasını (IIHF) Belarusu gələn il dünya çempionatı keçirmək hüququndan məhrum etməyə çağırıb. Baltikyanı ölkənin baş naziri Krişyanis Karinş bununla bağlı federasiya rəhbərliyi ilə danışıqlar aparıldığını bildirib. Latviya hökuməti oyunların Minskdə yox, başqa yerdə keçirilməsini istəyir.

Krişyanis Karinş Krişyanis Karinş

Əslində, dünya çempionatına Belarus məhz Latviya ilə birlikdə ev sahibliyi etməliydi. Amma Baltikyanı ölkə son siyasi hadisələrə görə Aleksandr Lukaşenko hökuməti ilə ortaqlıq etmək istəmədiyini açıqladı. Dünya çempionatından imtina edən Latviya Belarusun da kənarda qalmasına çalışır.

Hokkey üzdə dünya çempionatı mayın 21-dən iyunun 6-na qədər Riqada və Minskdə baş tutmalıydı. Latviyanın imtinasından sonra Belarus işin öhdəsindən tək gələ biləcəyini bəyan edib.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
Son xəbərlər
Bütün xəbərlər »