Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk lirəsi bütün dövrlərin ən aşağı səviyyəsinə düşdü

Türk lirəsi heç cür özünə gələ bilmir. Qardaş ölkə valyutası bütün dövrlərin ən aşağı səviyyəsinə düşüb.

Bizimyol.info xəbər verir ki, dolların Türkiyədə məzənnəsi 7.45-ə çatıb. İndiyə qədər heç vaxt belə göstərici qeydə alınmamışdı. Avqustun sonlarında bir neçə dəfə məzənnə 7.38 həddinə çatmışdı. Halbuki 2020-ci ilin əvvəllərində dollar Türkiyədə 6 lirədən baha təklif olunmurdu.

İndi Türkiyədə avronun da məzənnəsi ən yüksək həddədir. Sentyabrın 3-də gün ərzində 8.83 göstəricisi qeydə alınıb. Funt sterlinqi isə 10 həddindən böyük məsafə ayırmır.

Sentyabrın 3-də açıqlanan rəqəmlərə görə, avqustda inflyasiya 0.86 faiz olub. Ümumiyyətlə, 2020-ci ildə inflyasiyanın səviyyəsi 11.77 faizə çatıb. Özəl mənbələr faizin daha yüksək olduğunu iddia edir.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »