Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir Ozan Ceyhun: Türkiyənin casuslara ehtiyacı yoxdur

Türkiyənin öz vətəndaşlarını Avstriyada casusluğa cəlb etməyə ehtiyacı yoxdur və bu barədə iddialar əsassızdır.

Bu fikirləri Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun bu ölkənin Federal Daxili İşlər naziri Karl Nehammerin iddialarına cavab olaraq bildirib.

Səfir “Puls 4” telekanalına verdiyi müsahibədə Avstriyanın rəsmi qurumlarının mövqeyini sərt tənqid edərək, Türkiyəyə qarşı iddiaları əsassız hesab edib, qarşı tərəfi belə iddialarla bağlı birgə araşdırmalardan yayınmaqda təqsirləndirib. İddialarla əlaqədar nə səfirliyə, nə də Türkiyə Xarici İşlər Nazirliyinə heç bir rəsmi müraciətin daxil olmadığını diqqətə çatdıran diplomat Avstriya tərəfinin konkret faktlara deyil, bir və ya bir neçə nəfərin iddialarına əsaslandığını ifadə edib.

Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer mətbuat konfransında Türkiyə xüsusi xidmət orqanlarının bu ölkədə yaşayan türk əsilli şəxsləri casusluğa cəlb etməkdə və onların vasitəsilə hökumətə müxalif şəxslər barədə məlumatları toplamaq ittihamı ilə çıxış edib.

Səfir Ozan Ceyhun müsahibəsində qeyd edib ki, müasir dövrdə PKK terror təşkilatına rəğbət bəsləyən və ya hökumətə qarşı çıxan şəxsləri müəyyənləşdirmək üçün hansısa metodlara gərək belə yoxdur. Sosial media kanallarının geniş yayıldığı indiki zəmanədə hər kəs öz mövqeyini açıq şəkildə bəyan edir və kimin nə etdiyi hamıya məlumdur. Bundan başqa, Türkiyənin Avstriyada casusluq fəaliyyəti həyata keçirmək və iddia olunduğu kimi, cəmiyyətdə parçalanma yaratmağa nə marağı, nə də səbəbi var.

Türk diplomat Avstriyanın hüquq-mühafizə orqanlarının ayrı-ayrı şəxslər tərəfindən irəli sürülən iddialara əsaslanaraq, bu fikirlər əsasında ittiham irəli sürməsinin təəccüb doğurduğunu bildirib. O, iki dövlət arasında indiyədək bütün sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdiyini vurğulayıb, bu kimi ehtimalların və iddiaların qarşılıqlı əməkdaşlıq müstəvisində həll edilməli olduğunu söyləyib.(azərtac)

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »