Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pekin beynəlxalq uçuşları bərpa edir

Çin Mülki Aviasiya Administrasiyası bir neçə aylıq fasilədən sonra paytaxt Pekinin hava limanlarının beynəlxalq uçuşları qəbul etməsinə icazə verib.

Bizimyol.info xəbər verir ki, ilkin mərhələdə Pakistan, Kamboca, Tailand, Danimarka, Avstriya, Kanada, İsveç və Yunanıstandan Pekinə uçuşlar bərpa ediləcək. Kambocanın paytaxtı Pnompendən gələn təyyarə martdan sonra Pekinin hava limanına xaricdən ilk uçuş olacaq. Hazırda gündəlik maksimum min sərnişinin xaricdən Pekinə daxil olmasına icazə verilib. Pekinə yalnız Çin vətəndaşları və uçuş məntəqəsinin olduğu ölkənin vətəndaşları uça bilər. Başqa sözlə, əcnəbilərə tranzit reyslərlə Pekinə uçuşuna icazə verilmir.

Qaydalara əsasən, Çin paytaxtına xaricdən gələn bütün sərnişinlərdən koronavirus testinin neqativ nəticəsini təqdim etmək tələb olunur. Bundan başqa, sərnişinlər öz hesabına 14 gün karantində qalmalıdırlar.

Qeyd edək ki, Çin Mülki Aviasiya Administrasiyası COVID-19 pandemiyası ilə əlaqədar martda paytaxta xaricdən uçuşları dayandırmışdı. Pekin üçün nəzərdə tutulan bütün təyyarələr digər şəhərlərin hava limanlarında qəbul edilirdi.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »