Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda kəndlilər etiraz aksiyası keçirib

Ermənistanda Ararat vilayətinin sakinləri Yerevan-Yerasxavan avtomobil yolunu etiraz əlaməti olaraq bağlayıblar.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirakçıları üzümün satın alınması ilə bağlı problemin həll edilməsini tələb ediblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək istədiklərini bildiriblər. Ararat vilayətinin qubernatoru Qarik Sarkisyan və yerli polis idarəsinin rəisi Kamo Susulyan aksiya iştirakçıları ilə görüşüb.

Aksiyada Lusarata, Vedi, Taperakan, Nor Kyank, Vosketap, Aralez və başqa kəndlərin sakinləri aksiyada iştirak ediblər.

Qeyd edək ki, koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimi ilə əlaqədar kəndlilər üzümü satmaqda çətinlik çəkirlər.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »