Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı manatı dollara nisbətən ucuzlaşdırmağı təklif edir

İqtisadçı Natiq Cəfərli son bir ildə baş verən hadisələri analiz edərək, belə qərara gəlib ki, manatın məzənnəsi aşağı düşməlidir. Bu yol ağrılı olsa da manat üçün xilas yolu ola bilər.

“Biz bilmirik ki, hazırda manatın məzənnəsi neçədir. Mərkəzi Bankı bunu 1.70 civarında inzibati qaydada tənzimləyir. 3 ildir də belədir. Belə bir şey mümkündürmü? Mümkün deyil. Bazar iqtisadiyyatında bu məzənnə ya bir az azalmalı, ya da artmalıdır. Belə sabit saxlanılması manatın məzənnəsinin iqtisadi kateqoriyadan çıxdığını göstərir ki, bu heç də liberal bazar dəyərləri ilə uyğunlaşmır.

Məntiq onu deməyə əsas verir ki, bu ilin sonunadək inzibati rejimdə manatın məzənnəsini sabit saxlamaq mümkündür. Amma gələn ilin büdcəsinin formalaşdırılması üçün dekabr ayında müzakirələr başladılacaq

Baha manat (qonşu ölkələrdə məzənnə ucuzlaşır, onlara nisbətən baha manat) idxalı stimullaşdırır, deməli, əksinə, ölkədən daha çox dollar çıxamasına şərait yaradır. Yəni, baha manat daha çox dollara təlabat yaradır, qonşu ölkələrlə pararlel proseslər olmayanda biz yenə əsas ticarət tərəfdaşları olan qonşu ölkələrin istehsalçılarının sponsuruna çevrilirik – qazanan onlar olur.

Bilirəm ki, ağır seçimdir, amma manatın məzənnəsini fetişləşdirmək ən səhv və ziyanlı yoldur”,- deyə o bildirib.

İlhamə

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »