Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sinan Oğan: Ermənistan tərəfindən aparılan bu təxribatçı siyasət səhv və təhlükəlidir

"Ermənistan tərəfindən xaricdən gətirilən terrorçuların Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi ilə bağlı faktlar əvvəldən mövcuddur. Ermənistan bu məkrli əməllərinə ilk dəfə PKK üzvlərinin bölgəyə gətirilməsi ilə başlayıb. Hamı bilir ki, PKK yalnız Türkiyədə deyil, bütün dünyada terror qruplaşması olaraq tanınır. Hətta bu terrorçuların xüsusi olaraq yaradılmış düşərgələrdə təlim keçdikləri də məlumdur. Sonralar bu qanunsuzluq Suriya erməniləri ilə davam etdirildi. İndi isə Livanda baş vermiş partlayışı fürsət bilən təxribatçı Ermənistan rəhbərliyi oradakı ermənilərin tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa yerləşdirilməsinə başlayıb".

Bu fikirləri Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri Sinan Oğan bildirib.

Dünyanın hansı bölgəsində bir münaqişə olsa bunu fürsət bilən Ermənistan hökumətinin oradakı erməniləri Dağlıq Qarabağa gətirmək istədiyini deyən S.Oğan bildirib: “Onlar bununla ölkə daxilində yaranmış problemləri həll etməyə çalışırlar. Hazırda Ermənistanda demoqrafik baxımdan böyük çətinliklərin olduğu heç kimə sirr deyil. Ermənistan vətəndaşlarının, xüsusilə gənclərin ölkədə yaranan iqtisadi böhran və bu kimi bir çox problemlər səbəbindən xaricə üz tutduqları da hamıya bəllidir. Yəni, Ermənistan öz vətəndaşlarına sahib çıxa bilmir, ölkədə kasıblıq ən yüksək həddədir. Qalan az sayda insan isə bu bölgəyə yerləşməkdən imtina edir”.

ASALA terror təşkilatının yaradılmasında Livan ermənilərinin də iştirak etdiklərini vurğulayan Sinan Oğan deyib: “Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi kimi çirkin ideyanın bu cür terror qruplaşmalarının yenidən canlandırılmasına xidmət göstərdiyini düşünürəm. Çox təəssüf ki, dünya ictimaiyyəti istər Qarabağ probleminin həllinə, istərsə də ermənilər tərəfindən törədilən bu cür qanunsuzluqlara hələ də göz yumurlar. Livan erməniləri əslən erməni olsalar da Livan vətəndaşlarıdır. Bu, suriyalılara, Ermənistan vətəndaşlarına və digərlərinə də aiddir. Bunların heç birinin Dağlıq Qarabağ bölgəsi ilə nə tarixi, nə də hüquqi əlaqəsi yoxdur. Buna baxmayaraq Ermənistan qanunsuz yerləşdirmə siyasətini davam etdirir və dünya hələ də buna səssiz qalır. Lakin dünya ictimaiyyəti nə qədər səssiz qalsa da, türk millətinin səsi daha ucadan çıxacaq. Biz bu qanunsuzluğa haqlı olaraq etiraz edirik və edəcəyik. Bir türk olaraq onu demək istəyirəm ki, Ermənistan tərəfindən aparılan bu təxribatçı siyasət səhv və təhlükəlidir”.(azərtac)

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
Son xəbərlər
Bütün xəbərlər »