Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko qonşu dövlətləri Belarusun daxili işlərinə müdaxilədə günahlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa, Çexiya, Litva və Ukraynanı ölkəsinin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

APA-nın “Belta”ya istinadən verdiyi xəbərə görə, A. Lukaşenko bildirib ki, xarici müdaxilə və xaricdən idarə olunan etiraz aksiyaları ölkənin daxili işlərinə təsir edir: “Bizi daha çox narahat edən təsir isə Polşa, Çexiya, Litva və Ukraynadan gəlir. Dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bəyanatını eşitdiniz, bilirsiniz, o, bu məsələdə çox açıq və təmkinlidir. O, sərhəddə nə baş verdiyini söylədi. Biz Belarusla bağlı istənilən mənfi jestə reaksiya veririk. Bizim üçün ən vacib olan Minskdə hər cür alovlanmanın başlamasının qarşısını almaqdır. Çünki hər zaman belə olur: paytaxtdan başlayır və bütün ölkəyə yayılır".

Belarus-Polşa münasibətlərini şərh edən Aleksandr Lukaşenko Belarusda polşalıların yaşadığını deyib: “Bunlar bizim Belarus polyaklardır. Lukaşenkonun hakimiyyəti altında 25 il boyunca onlarla sülh və barışıq içində yaşamışıq və heç vaxt problem olmayıb. Lakin Qrodnoda eyvanlarda Polşa bayraqlarını asılmasına və Belarusun dağılması ilə Qrodno vilayətinin Polşaya birləşəcəyinin açıq şəkildə elan edilməsinə əsla dözməyəcəyik".

Belarus Prezidenti, həmçinin, Litvanın Belarusun problemlərini deyil, öz məsələlərini həll etməli olduğunu bildirib və Minskin Vilnüsə xoş münasibət bəslədiyini əlavə edib.

"Artıq bu barədə demişəm: Sovet dövründə təxminən sizin 4 milyon və ya daha çox əhaliniz var idi. Niyə indi Litva kimi inkişaf etmiş, islahat aparılmış bir ölkədə əhali qalmayıb? Düşünürəm ki, həll edilməsi lazım olan bir çox problem var. Sizinlə dostca davranan qonşuların problemləri ilə məşğul olmağa ehtiyac yoxdur", - deyə A. Lukaşenko vurğulayıb.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »