Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda "General Motors" avtomobilləri yığılacaq

Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) "APA-Economics"ə verilən məlumata görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ASK-ın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

B. Aşrafxanov sözlərinə görə, zavodda "General Motors"” şirkəti ilə birlikdə avtomobillərin istehsalı planlaşdırır.

Səfir həmçinin Ələt iqtisadi zonasında Özbəkistan və Azərbaycan sahibkarlarının müəssisələrinin tekstil, ərzaq, dərman istehsalı sahəsində birgə müəssisələr yarada biləcəyini bildirib.

Azərbaycanda yetişdirilən fındıq, nar sortlarına Özbəkistanda böyük maraq olduğunu vurğulayan B. Aşrafxanov bununla bağlı regionlara səfər etdiyini qeyd edib. O, Bakını Özbəkistana gedən tranzit yüklər üçün mərkəz funksiyası daşımasını arzuladığını bildirərək bununla bağlı konkret işlər görüldüyünü söyləyib.

Xatırladaq ki, ötən ilin fevral ayında Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil zavodunun əsası qoyulub. Zavodda "QAZ" markalı yüngül tonnajlı yük maşınları yığılır.

Paylaş »
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
››› Ərdoğanı “diktator” adlandıran avropalı baş nazirə sərt cavab verildi
Son xəbərlər
Bütün xəbərlər »