Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin müdafiə naziri F-16 ilə Egeyin şimalında uçdu

Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün sentyabrın 3-də Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı ilə Egey dənizinin şimalında uçub və Yunanıstana, ona dəstəkləyənlərə sərt mesajlar verib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin yeni təlim-uçuş ilinin başlanması münasibəti ilə aviabazalardan birinə gedən Hulusi Akar Yunanıstana dəstək üçün Şərqi Aralıq dənizinə öz təyyarədaşıyan gəmisini göndərən Fransaya Atatürkün məşhur sözləri ilə mesaj verib: “Gəldikləri kimi gedəcəklər”.

Müdafiə naziri F-16 qırıcısının köməkçi pilot kreslosuna keçərək Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün də müşaiyət etdiyi kvartetin tərkibində havaya qalxıb. Müdafiə nazirinin də olduğu türk qırıcıları Egey dənizinin şimalında uçuş həyata keçirdikdən sonra bazaya geri qayıdıblar.

Hulusi Akar orada hərbi personala xitabən son günlər Şərqi Aralıq dənizi, Egey dənizi və Kipr sahilərində baş verənlərlə bağlı danışıb. Xatırladaq ki, Türkiyənin Şərqi Aralıq dənizində və Şimali Kipr sahillərində -özünün müstəsna iqtisadi fəaliyyət zonası hesab etdiyi bölgələrdə neft-qaz kəşfiyyatı aparır. Yunanıstan və ona dəstək verən bəzi Avropa ölkələri isə Türkiyəyə mane olmağa çalışırlar.

Müdafiə naziri deyib ki, Türkiyə bütün qonşularının siyasi suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Amma heç bir halda öz haqlarından zərrə qədər də imtina etməyəcək, qanuni hüquqlarının pozulmasına göz yummayacaq.

“Minlərlə kilometr aralıdan gəlib bu bölgədə qabadayılıq etməyə, haqq iddiası irəli sürməyə, qoruyucu mələk rolunu oynamağa iddia edənlər var. Bunları qəbul etməyimiz mümkün deyil. Bunlar gələr və gədikləri kimi də gedərlər”,-Akar bəyan edib.

Türkiyənin müdafiə naziri deyib ki, Yunanıstan Lozanna anlaşmasına zidd olaraq 16 adayı silahlandırıb. Amma bundan sonra Türkiyə belə hallara dözməyəcək. Hərçənd o, bütün gərginliyə baxmayaraq Türkiyənin qonşusu ilə məsələləri dialoq yolu ilə həll etməyə tərəfdar olduğunu deyib. “Yunanıstan və Türkiyə; amma burada anlaşılması çətin olan qabadayılar var. Məsələn, Fransa. Bölgədə qarant ölkə statusun yox, Avropa Birlyi təmsilçisi də deyilsən, o zaman nə haqla bura gəlirsən?”,-o deyib.

Qeyd edə ki, Şərqi Aralıq dənizində Türkiyə lə Yunanıstan arasında gərginliyin davam etdiyi bir vaxtda Fransa bir çox döyüş təyyarələri və sualtı qayıqları ilə birlikdə “Şarl de Qoll” təyyarədaşıyan gəmisini də bölgəyə göndərib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »