Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ər qısqanclıq zəminində arvadını baltalayıb

Sentyabrın 2-də saat 08 radələrində Sabirabad rayonu, Qardaşkənd kənd sakini 1979-cu il təvəllüdlü Təranə Məmmədovaya çoxsaylı balta zərbələri vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bizimyol.info xəbər verir ki, Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış istintaqla zərərçəkmişin əri Eyvaz Məmmədovun birlikdə yaşadıqları evin yaxınlığında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirməklə Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Eyvaz Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »