Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət liderinə “Noviçok”la sui-qəsd: ABŞ və Böyük Britaniya çox sərt bəyanatlar verdi

Almaniya ordusunun məxfi laboratoriyasının rusiyalı müxalifətçi Aleksey Navalnının döyüş təyinatlı zəhərləyici maddə olan “Noviçok”la zəhərlənməsini təsdiq etməsindən sonra aparıcı Qərb dövlətləri Moskvaya qarşı sərt bəyanatlarla çıxış edirlər. Virtualaz.org xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson Navalnının zəhərlənməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasını təmin edəcəyini vəd edib. O Rusiyanın aparıcı müxalifət liderlərindən birinə qarşı kimyəvi silahdan istifadə olunmasını “hiddət doğuran” hadisə adlandırıb.

Baş nazir deyib ki, Rusiya hökuməti Navalnınin başına nə gətirildiyini izah etməlidir.

Sentyabrın 2-də ABŞ milli təhlükəsizlik şurasının nümayəndəsi Con Uilliot da Rusiyanı sinir sistemini iflic edən “Noviçok” maddəsindən dəfələrlə istifadədə ittiham edib. O bildirib ki, Navalnının zəhərlənməsi iştirakı olanlara qarşı sanksiyalar tətbiq ediləcək.

Almaniya hökuməti bildirir ki, Rusiya müxalifət lideri Aleksey Navalnının qan nümunələrinin analizi onun qanında “Noviçok” qrupundan olan sinir-iflic zəhərinin mövcudluğunu göstərib.

Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seibert sentyabrın 2-də bəyan edib ki, Almaniyanın xüsusi hərbi laboratoriyasında keçirilmiş analiz Navalnının qanında “Noviçok qrupundan zəhərin” mövcudluğunu aşkar edib.

Navalny avqustun 20-də Sibirdən Moskvaya uçarkən yolda özünü pis hiss etmiş və təyyarə Omsk şəhərində təcili eniş etməli olmuşdu. Müxalifətçi Omsk xəstəxanasında iki gün qaldıqdan sonra Almaniyaya təxliyə edilmişdi. 44 yaşlı Navalny hələ də Berlindəki “Charite” xəstəxanasının reanimasiya şöbəsində süni yaradılmış tibbi koma vəziyyətindədir.

Almaniya bildirib ki, son qan analizi nəticələri ilə bağlı Rusiyanın bu ölkədəki səfirinfən izahat tələb edəcək. Almaniya hökuməti bəyan edib ki, Navalnının həyatına edilmiş sui-qəsdə “ən qəti şəkildə” etirazını bildirir və Moskvadan bu hadisə ilə bağlı təcili izahat tələb edir.

Aleksandr Navalnı

Almaniya hökumətinin bəyanatında deyilir ki, rəsmi Berlin Navalnının müayinə nəticələrini NATO və Avropa İttifaqından olan tərəfdaşları ilə müzakirə edəcək. Bu müzakirələr nəticəsində tərəflər ümumi yanaşmalar və tədbirlər tətbiq edəcəklər. Artıq kansler Merkel maliyyə, ədliyyə, xarici və daxili işlər, habelə müdafiə nazirləri ilə situasiyanı müzakirə edib. Onlar sonrakı tədbirləri müəyyən ediblər. “Navalnının Rusiyada əsəb-iflic təyinatlı döyüş kimyəvi vasitəsi ilə zəhərlənməsi heyrət doğurur”,-bəyanatda deyilir. Habelə deyilir ki, Almaniya hökuməti hadisə ilə bağlı Kimyəvi Silahların Qadağan edilməsi üzrə Təşkilatla əlaqə saxlayacaq.

Berlindəki “Charité” xəstəxanasının həkimləri Navalnının müalicəsi ilə bağlı məsləhətləşmə keçirmək üçün Britaniya və Almaniyanın hərbi ekspertlərinə müraciət etmişdilər. Söhbət Münhendəki məxfi əczaçılıq və toksikologiya laboratotiriyasının və İngiltərənin Porton-Daun şəhərindəki Müdafiə Elmi və Texnikası Mərkəzinin əməkdaşlarından gedir.

Ötən həftə Almaniya kansleri Angela Merkel də Navalny ətrafındakı vəziyyəti şərh etmişdi. Onun sözlərinə görə, "daha çox aydınlıq olduqda" rusiyalı müxalifətçinin zəhərlənməsinə bir dövlətin deyil, bütünlükdə Avropanın reaksiyası olacaq.

Amma Merkel bu reaksiyaların nədən ibarət olacağı ilə bağlı detalları açıqlamayıb.

Böyük Britaniya Solsberi şəhərində Sergey və Yulia Skripallara qarşı sui-qəsddən sonra Avropa İttifaqı ölkələri ümumilikdə 100-dən çox Rusiya diplomatını ölkədən çıxarmışdı.O zaman sui-qəsd cəhdində şübhəli bilinən Rusiya hərbi kəşfiyyatçılarına qarşı fərdi qaydada sanksiyalar tətbiq edilsə də bu sərt tədbirlər Avropa İttifaqı səviyyəsinə qalxmamışdı.

Paylaş »
››› Andranikin qulağını kim kəsmişdi... - Adı az çəkilən Zəngəzur qəhrəmanı
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »